Təsvir
- Daxili qayda və siyasətlərin hazırlanmasında və tətbiqində iştirak etmək;
- Proseslərin monitorinqində iştirak edərək uyğunluğunu yoxlamaq;
- Nizam-intizam qaydalarına əməl olunmasına nəzarət etmək;
- Aşkarlanmış neqativ halları sənədləşdirmək və aradan qaldırılması üçün tədbirlər həyata keçirmək;
- Daxil olmuş məktub, sorğu, ərizə, şikayət, təklif və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxmaq, əsaslandırılmış cavab hazırlamaq və ya müvafiq tədbirlərin görülməsi barədə Departamentin rəhbərliyinə təkliflər vermək;
- Aparılmış araşdırmaların yekunlarına dair müvafiq arayışların və xidməti məktub layihələrinin hazırlanması;
- Görülmüş işlərin hesabatlılığın təmin etmək;
Tələblər
- Təhsil: Ali (hüquq üzrə olması üstünlükdür);
- Kompüter bilikləri: MS Windows, MS Office, Outlook;
- Hüquq sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
- Elektron Sənəd Dövriyyəsi (ESD) ilə işləmə bacarığı;
- Azərbaycan dilində yüksək mətn tərtib etmə bacarığı;
- Bilməlidir: Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Agentliyin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının müvafiq Qanunları, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu və digər əlaqəli normativ hüquqi aktları;
- Tapşırıqları vaxtında yerinə yetirmək;
- Obyektivlik;
- Kollektivdə işləmək və ünsiyyət qurmaq;
- Konfidensial məlumatlarla işləmək bacarığı.