Prime Cotton
Ana səhifə
/
/
/
Nəqliyyat mexaniki (Zərdab)

Nəqliyyat mexaniki (Zərdab)

25-08-2025

144

Təsvir

  • Fəaliyyət sahəsi üzrə filialın Baş nəqliyyat mexanikinə dəstək göstərmək və onun məzuniyyət və ezamiyyəti zamanı funksiyalarını əvəz etmək;
  • Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarı və saz vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Nəqliyyat vasitələrinin gündəlik baxışını və işə hazırlanmasını həyata keçirmək;
  • Nasazlıqların vaxtında müəyyən olunması və operativ aradan qaldırılması üçün texniki yoxlamalar aparmaq;
  • Ehtiyat hissələrinin qənaətcil və düzgün istifadəsinə nəzarət etmək;
  • Təmirin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, avadanlıqların modernləşdirilməsinə və texniki nəzarətə rəhbərlik etmək;
  • Köhnəlmiş və yararsız ehtiyat hissələrinin təyini və onların təmir cədvəllərinə uyğun yenilənməsini təmin etmək;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Lazımi material və ehtiyat hissələrinin ölçüsü, tipi və uyğunluğunu müəyyənləşdirmək, təminatını təşkil etmək;
  • İş planına uyğun potensial təhlükələri müəyyənləşdirmək və qabaqlayıcı tədbirləri həyata keçirmək;
  • Təmirə hazırlıq məqsədilə iş ərazisini və avadanlığı hazırlamaq;
  • Təlimat kitabçalarına əsasən lazımi texniki məlumatları tətbiq etmək və iş zamanı istifadə etmək;
  • Hissələrin sökülməsi və yararlılığının texniki sənədlərə uyğun qiymətləndirilməsini təmin etmək;
  • Təmir prosesinin protokollaşdırılmasını düzgün şəkildə həyata keçirmək, gələcək qulluq üçün məlumatları aidiyyəti işçilərlə paylaşmaq;
  • İşə başlamazdan əvvəl tabeçiliyində olan işçiləri təlimatlandırmaq;
  • Təmir işlərinin ardıcıllığını və proseslərin planlamasını həyata keçirmək;
  • İstifadə olunan alət və avadanlıqların nasazlıq və istismar qüsurlarını yoxlamaq;
  • İstifadə olunan materiallar və tətbiq olunan metodlar üzrə proses qeydlərinin aparılması;
  • Xidmət və texniki fəaliyyətlə bağlı hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Gündəlik fəaliyyətində etik davranış, məxfilik və şəffaflıq prinsiplərinə əməl etmək;
  • Bütün daxili prosedur, qayda və təlimatlara riayət etmək.

Tələblər

Təhsil:

  • Ali texniki təhsil.


İş təcrübəsi:

  • Müvafiq sahədə 1–3 il iş təcrübəsi.


Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst.


Kompüter bilikləri:

  • Microsoft Office proqramları ilə sərbəst işləmək bacarığı.


Texniki bilik və bacarıqlar:

  • Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi və istismar qaydaları, təmir metodlarını bilmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə normalarına bələdlik;
  • Sürücülük vəsiqəsinə sahib olmaq;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Analitik düşüncə, liderlik və qərar qəbuletmə bacarıqları.

Vakansiya haqqında

Son tarix

September 24, 2025

Paylaşılıb

avqust 25, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Peşə təhsili

Əmək haqqı

550 - 900 AZN

Kateqoriya here

Sənaye və Kənd Təsərrüfatı