Təsvir

Vəzifə öhdəlikləri:


Brend məhsullarının satış strategiyasını yaratmaq;

Təchizatçılarla gündəlik intensiv olaraq yazışmaq və əlaqə saxlamaq;

Aylıq satış hesabatlarını təchizatçılara göndərmək;

Satılan modellərin analizini aparmaq, sifarişin hazırlanması prosesində analizin nəticələrini tətbiq etmək;

Anbar qalığının səviyyəsini daim nəzarətdə saxlamaq, brendlərin qalıqlarının qəbul edilmiş standartlardan aşağı düşməməsi üçün müvafiq tədbirlər görmək;

Ən azı həftədə bir dəfə bütün satış nöqtələrinə baş çəkmək, brendlərin təqdimatına və məhsulların düzülüşünə nəzarət etmək;

Yeni təchizatçılarla əməkdaşlıq şərtlərinin təyin olunması, müqavilənin imzalanması layihəsinin sonadək izlənməsi, icra edilməsi;

Məhsul qalıqlarının vəziyyəti ilə maraqlanmaq, məhsulların saxlanma şəraitinin düzgün olmasını təmin etmək, bu barədə personalı təlimatlandırmaq və hər hansı bir qüsurlu məhsul aşkarlandığı zaman dərhal istehsalçını məlumatlandırmaq və bağlanmış müqavilənin şərtlərinə əsasən problemin aradan qaldırılması yolunu tapmaq;

Çatdırılma zamanı yaranan uyğunsuzluqların səbəblərini araşdırmaq, problemin operativ qaydada aradan qaldırılmasını təmin etmək;

İlin əvvəlində il boyu keçiriləcək sərgilərin siyahısını rəhbərliyə təqdim etmək, şirkətin iştirakının mütləq olduğu sərgiləri və səbəblərini qeyd etmək;

Xarici qonaqlarının qarşılanması, qonağın gəlişi ilə bağlı bütün müvafiq tədbirlərin görülməsi;

Hər bir brendin satış nöqtələrində kolleksiyalar, qiymət seqmenti, model üzrə satış statiktikasının aparılması və həmin statistika əsasında malların satış nöqtələri üzrə bölüşdürülməsini təmin etmək;

Brendlərin tələbinə uyğun olaraq satış personalının POS materiallardan (zəmanət talonları, sertifikatlar, qutular, alış-veriş çantaları və digər) düzgün istifadə etməsi, müştərilərin məmnun olması məqsədilə bütün xidmətlərin prosedura uyğun aparılması üçün müvafiq təlimlərin keçirilməsini təşkil etmək.



Ə𝐦ə𝐤 şə𝐫𝐚𝐢𝐭𝐢:


- Əmək haqqı: 1350 AZN (gross);

- İş rejimi: 5 günlük (09:00-18:00);

- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;

- Nəqliyyat və naharla təmin etmə.

Tələblər

- Cinsi: Qadın;

- Təhsil: Ali təhsil;

- Yaş həddi: 25 - 35 yaş;

- İş təcrübəsi:Ən azı 3 il retail (satış) sahəsində iş təcrübəsi;

- Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək (B1-B2);

- Güclü ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları

- Analitik düşüncə və nəticəyönümlülük

Vakansiya haqqında

Son tarix

September 18, 2025

Paylaşılıb

avqust 22, 2025

Vakansiya növü

Tam ştat

Əmək haqqı

1350 - AZN

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə